|
|
|
Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri
cənubi şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində,
Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial
- iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz
rol oynayan bu şəhər turistlərin burdan keçərkən ayaq saxlayıb
xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq
aldığı bu cazibədar məkan karvan yolılarının kəsişdiyi bir
ərazidə yerləşir. Əgər şəhərin sahib olduğu zəngin tarixə nəzər
salarsaq hər oxuduğumuz sətirdə bizi qədimə götürəcək
nümunələrin şahidi olacaq və onun gözəlliyini və nəfəsini öz
üzərimizdə hiss edəcəyik.
Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.
Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial- iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etməmək mümkün deyil. Gəncə də ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır.
Cömərd Qəssab Məqbərəsi Gəncənin tarixi vəsiqəsi sayıla bilər. Cömərd Qəssab dördüncü xəlifə Əli ibn Abutalıb (656-661) hakimiyyəti dövründə yaşamış və özünün qanun tərəfdarı olması və düzlük, doğruluğu ilə seçilmişdir. Şəhər əhlinin bütlərə inandığı bir dövrdə o gizlicə olaraq islamı qəbul etmişdi. Öz inancını gizli olaraq dəyişdirmə halları o zaman yəni VII əsrdə olan ciddi siyasi hakimiyyətin və ruhanilərin Gəncənin idarəçiliyində olan ciddi səlahiyyətlərə sahib olduğunun nümunəsidir.
Hətta 1940 cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burda e.ə aid yaşayış məskənləri aşkar etmişlər.Gəncə adının, toponiminin yaranması haqqında müxtəlif fərziyyələr mövcuddur. Toponim ("Chanza"- Ərəb dilində "Ganca"-Gürcü dildində) Pəhləvi sözü kimi qəbul edilir və xəzinə, bar-məhsul anbarı mənasına gəlir. Bütün bu nəticələr elmi cəhətdən əsassızdır. Şərhçinin sözlərinə əsaslanarsaq bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbəyə əsaslanarsaq o, bu adın Gancak tayfalarının adıyla bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlamış və təsdiq etmişlər ki, həqiqətən də Gəncə adını tayfanın adından götürmüşdür.
VII əsrin birinci yarısında Gəncə İranlılar tərəfindən, ikinci yarısında isə Ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə Ərəblərlə Xəzərlərin döyüş meydanına çevrilmişdir. Bütün bu hadisələrin VII əsrin əvvəllərində və ümumiyyətlə VII əsr boyunca baş verdiyi "Dərbəndnamə" əsərində təsvir edilib. Azərbaycanın ərazisi aramsız olaraq bir birinin ardınca olan hücumlara məruz qalmış və əlbətdə ki bunun bariz nəticəsi olaraq Gəncə şəhəri də bu basğınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır.
Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühim rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur. O zamanlarda pul vahidi olaraq Ərəb dinarları və dirhəmlər istifadə edilirdi.
X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, Mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.
Bu şəkildə təsvir edilmiş Gəncə qalası (Qalanın maketi) öz zamanın əzəmətli tikililərindən biri olmuşdur. Qalanın bir küncündə yerləşən bürc digərindən təqribən 600 metr aralı yerləşir. Bu divar Gəncəçayının sahili boyunca davam edir. Vaxtilə təbii sərhəd olan bu çay indi dağılmış vəziyyətdə olan qala divarlarının tədricən sökülməsinə səbəb olur.
IX-X əsrlərdə Ərəb xəlifətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarılərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur.
I Fəzlunun( 895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063 cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi.Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır". XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizin tutduqdan sonra I Toğrul (1038-1068) 1054 cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.
Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086 cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı.
XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir.
Gəncə ilə əlaqəli digər bir hadisə isə bu dövrlərdə(25 Sentyabr 1139 cu ildə) burda baş vermiş güclü zəlzələdir. Kirakos Gandzaketsi yazırdı "Dağların başını bulud və duman bürümüşdü və Gəncə qorxulu, dəhşətli zəlzələyə qərq olmuşdu. Gəncə dağılmışdı və ... ". Zəlzələnin nəticəsi olaraq Kəpəz dağı uçmuş və dağın ətəyindən keçən çayın qarşısını kəsərək hamımızın yaxşı bildiyi bir gölün yaranmasıyla nəticələndi. Bu Göy göl idi.Hal hazırda bu göl mövcud olmasıyla bərabər Azərbaycanın ən mənzərəli , gözəl təbiətli məkanlarından biri kimi tanınır. Lakin müəllif bu zəlzələ nəticəsində yaranmış öz gözəlliyi və valehediciliyi ilə seçilən digər gölləri- Maral göl, Ceyran göl, Ördək göl, Zalugölü, Ağgöl, Qaragöl, Şamlıgöl kimi təbiətimizin inciləri olan bu gölləri qeyd etməyi unutmuşdur.
Şəhərin məruz qaldığı dağıntılar səbəbiylə zəiflədiyi bir dövrdə qonşu Gürcü feodalları fürsətdən istifadə edərək bura basqınlar etmiş və Gəncəni çapıb, talamış, Gəncənin göz bəbəyi olan Gəncə Darvazalarını oğurlayıb aparmışlar. Azərbaycan tarixinin nümunəsi olan bu abidənin qalıqları qeyri sərfəli şəraitin mövcudluğu və nəzarətsizlik ucbatından hal hazırda Gürcüstanın Respublikasının kilsəsi olan Gelat kilsəsinin həyətində yerləşir.
Uzun sürən daxili feodal çəkişmələrinin nəticəsində Səlcuq dövləti xeyli zəiflədi. Səlcuq dövləti yerli feodalların güclənməsi üçün şərait yaradaraq yeni xırda dövlətlərin yaranmasına təkan verdi. Onlardan biri Şəmsəddin Atabəy tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə Arranda yerləşən bu dövlətin bir hissəsinə çevrildi. XII-XIII əsrlərin əvvələrini Gəncə üçün çiçəklənmə dövrü adlandırmaq düzgün olardı. Atabəylər dövlətinin ikinci mərkəzi ,paytaxtı olan Gəncə istehsal etdiyi məhsullarla nəinki ölkə daxilində, həm də ölkə xaricində böyük şöhrət qazanmış və " Arran şəhərlərinin anası" səviyyəsinə qədər ucalmışdı. Gəncə ipəyi istehsal edən müəssisə qonşu ölkələr və Orta Şərq bazarlarında böyük rəğbət qazanmışdı.
Gəncədə kənd təsərrüfatı, əkinçilik və malqaraçılıq incəsənətlə paralel olaraq geniş miqyasda inkişaf edirdi. Müəllifi naməlum olan "Əcaib əd-dünya" əsərində Arranın paytaxt şəhəri olan varlı və inkişaf etmiş Gəncə şəhərinin hündür və möhkəm qala divarlarıyla əhatə olunduğu qeyd edilir. Bütün Gəncə yaşıllığa qərq olmuşdu. Burda müxtəlif növ meyvələr mövcud idi. Atlas, parçalar, pambıq, ipək və digər məhsullar müxtəlif şəhərlərə ixrac edilirdi. Yerli əhali cəsur və hərbi cəhətdən qüvvətli idi.
Bu dövrlərdə Gəncə Azərbaycanın mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Dünya şöhrətli elm və incəsənət əsərlərinə sahib şair və alimlər bu şəhərdə yaşayıb yaratmışlar.
Məshəti Gəncəvi yaradıcılığını qeyd etmək yerinə düşərdi. O zamanının istedadlı, qabiliyyətli şairəsi olub, xalqın və hakimiyyətin rəğbətini qazanmışdır. Azərbaycanın dünya şöhrətli ixtiraçı və qeyri adi istedada sahib şairi Nizami Gəncəvi bu dövrlərdə yaşayıb yaratmışdır. Onun Xəmsəsi dünya ədəbiyyatı xəzinəsinin nadir incilərdən biridir. J.E.Bertels Nizami haqqında "O, sahib olduğu fitri istedad və füsunkar ruhu ilə əbədi olaraq bəşəriyyətin məhəbbətini qazanmışdır".
XIII əsrin əvvəllərində Azərbaycan bir sıra Monqol basqınlara məruz qaldı. Onlar hər yerdə ciddi müqavimətə rast gəlirdilər. Onların azərbaycana ilk basqını (1220) zamanı düşmənə layiqli müqavimət göstərən, o zamanlar güclü olan Gəncəni tuta bilməmişdi. 1225 ci ildə Cəlaləddinin başçılığı altında davam edən basqınlardan sonra, bir birinin ardınca Azərbaycan şəhərləri talanmağa başladı. Bunların arasında Gəncə şəhəri də var idi. Aramsız olaraq sürən basqınların nəticəsində Atabəylər dövləti süquta uğradı. Cəlaləddinin hökmranlığı dövründə yerli əhaliyə qarşı amansız davranılmış və vergilər olduqca yüksəldilmişdi. Bütün bunlar 1231 ci ildə Gəncə əhlinin xarici işğalçılara qarşı qaldırdığı üsyanla nəticələndi. Qiyamlar nəticəsində şəhər hökmdarının sarayı dağılmış, xidmətçiləri öldürülmüş və yerli varlılar bir neçə aylıq olaraq vergilərin ödənilməsinə məcbur edilmişdilər. Üsyan yatırıldı. Üsyanın başçısı Bəndər usta və onun 30 tərəfdaşı həbs edilmiş ,daha sonra isə edam edilmişdilər. 1231 ci ildə Gəncə şəhərini mühasirəyə alan Mongollar yerli əhalinin güclü müqavimətinə rast gəldi. Lakin bütün bunlara baxmayaraq işğalçılar Gəncəni zəbt edərək şəhəri darma dağın etmiş və yerli əhalini olmazın işgəncələrə düçar qılmışdılar. Uzun müddət şəhər bərpa edilməmişdi. Gəncənin bərpa edilməsinə yalnız 1235 ci ildə sərəncam verildi.
XIII əsrin ortalarında Azərbaycan Xilafi xan (1256-1265 ) tərəfindən idarə olunan Xilafətin tərkibinə daxil oldu. XIII əsrin 80 ci illərdə Azərbaycan Əmir Teymurun hücümlarına məruz qaldı. Azərbaycan Teymurla Toxtamış arasında gedən münagişənin mübarizə sahəsinə çevrildi. Teymurun Gürcüstana etdiyi basqınlar zamanı Gəncə hərbi baza rolunu oynadı. Teymurun Azərbaycana yürüşü fəlakətlə nəticələndi. XVI əsrin əvvəllərində yeni Səfəvilər dövləti yarandı. Gəncə Şah İsmayıl Xətai tərfindən qurulan bu dövlətin bəylərbəyliyindən biri idi. Sultan Şahverdinin Gəncə bəylərbəyliyinə hökmdar təyin edilməsindən sonra Gəncə və Qarabağda uzun müddətli Qacar tayfasına mənsub yeni Ziyad oğulları sülalənin nümayəndələrinin hökmranlığı dövrü başladı.
Trans Qafqaz məkanında ticarət sahəsində yenidən aparıcı yerlərdən birini tutan Gəncə Rusiya və Yaxın Şərqdəki və Avropadakı ölkələrlə sıx ticarət əlaqələri yartmışdı. Tarixi mənbələrdən birinə əsaslanarsaq o dövrlərdə Gəncənin 225000 əhalisi var idi.
Müvəqqəti olaraq hərbi fəaliyyətlərin azalması və ticari əlaqələrin genişlənməsi Gəncənin və digər şəhərlərin iqtisadiyyatının dirçəlməsinə və inkişafına gətirib çıxartdı. Bu dövrlərdə burda olan Türk səyyahı olan Övliya Çələbi Gəncədə hər birinin bağçası olan 6000 dən çox evin olduğu haqqında öz xatirələrində qeyd edirdi. Xüsusilə o Gəncədə ipək sənayesinin inkişafını qeyd edirdi. Osmanlıların Rusiyadan Xəzəryanı ərazilərin alınmasıyla daha çox dağıntılara səbəb oldular. 1723 də Osmanlılar Gəncəni mühasirəyə almış lakin oranı tutmağa nail ola bilməmişdilər.
Gəncə İran tərəfindən dağıdıldı. İran ordususnun başında duran Nadir şah Azərbaycandan Türklərin və Rusların çıxarılmasını və bu ərazilərin İranın əsarəti altında olmasını qarşısına məqsəd qoymuşdu. 1735 ci ildə Gəncə yaxınlığında İran və Rusiya arasında bağlanan müqavilyə əsasən Rusiya hökuməti hərbi qüvvələrini Xəzəryanı ərazilərdən geri çəkdi.
Nadir şahın yürütdüyü siyasət əhalinin tamamilə viranına və kasıbçılığın artmasına gətirib çıxartdı. 1747 ci ildə Nadir şahın öldürülməsi xalqın müstəqilliyə doğru ruhlanmasına və nəticədə müstəqil feodal dövlətlərinin –xanlıqların yaranmasıyla başa çatdı. XVIII əsrin ortalarında Gəncə xanlığı yarandı. Ziyadoğlulları sülaləsinin nümayəndəsi olan ,uzun müddət Gəncəni idarə edən Şaxverdi xan(1740-1756) Gəncənin xanı oldu. XVIII əsrin 80 ci illərində Cavad xanın hakimiyyəti dövründə Gəncə gücləndi. O, müstəqil xarici siyasətə üstünlük verirdi. Gəncə xanlığının öz şəxsi pul vahidi mövcud idi. Bu dövrlərdə Rusiya İmperiyası aristokratiya, zadəgan, mülkədar və tüccarların maraqlarını dəstəkləyən və tciari əlaqələrini artırmaq üçün yeni ölkə və dövlətləri tutmağı məqsədləşdirən bir siyasəti izləyirdi. Buna görə də Rusiya imperiyası strateji və iqtisadi cəhətdən əlverişli vəziyyətdə yerləşən Azərbaycana xüsusi bir maraq göstərirdi. Gəncə xanlığının yerləşdiyi yerin əlverişli mövgeyini nəzərə alarsaq, Rusiya ilk olaraq buranı zəbt etmək, daha sonra isə buranı hərbi baza kimi istifadə edərək burdan digər xanlıqlara hücum edə biləcəkdi. Rusiya ordusu komandanı Gəncəni İranın şimal əyalətlərinə aparan yolun açarı hesab edirdilər. Generalın yazdıqlarına görə Gəncə qalası Azərbaycanın strateji cəhətdən çox əlverişli bir mövqedə yerləşmişdir. Bu səbəblə Rusiya ilk növbədə Gəncə qalasının tutulmasını məqsədləşdirmişdi. Sisyanov dəfələrlə Gəncə xanı Cavd xana könüllü surətdə təslim olmağı təklifini göndərmiş və hər dəfə də rədd cavabını almışdı. 1803 cü ildə o, Tiflisdən keçərək ordusunu Gəncə istiqamətinə yönəltmiş, dekabr ayında isə Gəncə qalasına yaxınlaşmışdı. Qalanın tutulmasının çətin bir proses olduğunu bilən ordu başçısı xüsusi hazırlıqlardan sonra 1804 cü il Yanvar ayının 3-ü səhər saat 5-də qalaya hücum əmri verdi. Amansız keçən döyüşdən sonra onlar şəhəri tutmağa nail oldular. Cavad xan öldürüldü. Gəncənin adı dəyişdirilərək Yelizavetpol (Rusiya imperatoru Aleksandrın arvadı Yelizavetanın şərəfinə) adlandırıldı.
1805 ci ildə İmperiya hökuməti rəsmi olaraq komendant idarə üsulunun tətbiqinə başladı. O dövrdən etibarən bütün ordu, mülki və maliyyə strukturları birbaşa komendanta tabe idilər. 1806 cı ildə Gəncədə yerli məhkəmə yaradıldı.
Gəncə şəhərində əhalinin üzərində nəzarətin gücləndirilməsi məqsədilə 1824 ci ildə burda polis şöbəsi yaradıldı. Bu şöbə və onun fəaliyyəti yerli əhali arasında ciddi narazılıqlara səbəb oldu. Komendant sistemi 1840 cı ildə ləğv edildi. Daha sonra Gəncə Gürcüstanın İmeret əyalətinin tərkibinə qatıldı və burda rayon mərkəzi yaradıldı.
Yelizavetpol əyaləti 1868 ci ildə quruldu və Gəncə bu əyalətin paytaxtı oldu.
Gəncə şəhərinin əlverişli mövqedə, Bakı-Tiflis karvan yollarının kəsişdiyi bir yerdə yerləşməsi ona Qafqazdan da o tərəfə Şərqin böyük ticarət mərkəzləri ilə ticari əlaqələrinin yaratmasına imkan yaratdı.
XIX əsrin birinci yarısında Gəncədə mədəniyyətin dirçəlişi müşahidə edilirdi.
Əsrlər boyu mədrəsə və dini məktəblərdə təhsil programlarının olmamasına baxmayaraq şagirdlər klassik şərq ədəbiyyatı ilə tanış olmuşlar. Əslində Gəncədə tanınmış şair və müəllim olan Mirzə Şəfi Vazeh məktəb üçün hazırlanan dərsliyin ilk müəllifi olmuşdur. Cümə məscidinin yanında, mədrəsədə 100 dən çox tələbə tədris alırdı. 1833 cü ildə Gəncədə rayon məktəbləri açıldı. 1833 cü ildə tələbə sayısının 38 olduğunu nəzərə alırsaq bu tərkib 50 ci illərdə 100-ü keçmişdi.
XIX əsrin birinci yarısında Gəncədə xüsusi məktəblər fəaliyyət göstərməyə başladı və 1860 cı ildə artıq 198 nəfər burda təhsil almışdı. 60 cı illərin ortalarında Gəncədə artıq 981 insan təhsil almışdı.
Gəncə həmçinin elmin inkişafında da əvəzedilməz rol oynamışdır. Şərq təhsilini Rusiyada yaradıcılarından biri Gəncədə yaşayıb yaratmış və ilk təhsilini mədrəsədə almış M.D.Topçubaşov(1784-1869)- dur. 1877 ci ildə İran səfirliyinin tərkibində Sankt Peterburga getmiş, daha sonralar Peterburg Universitetinin professoru kimi Rus Arxeoloji Cəmiyyətinin Numizmatika şöbəsinin yardıcılarından biri olmuş və ömrünün axırına qədər bu şöbənin şərq bölməsinə başçılıq etmişdir. Gəncədə yaşayıb yaratmış şairlər arasında Mirzə Mehdi Nəci, Molla Abdulla, Hacı Abbas, Xaki və digərlərini qeyd etmək olar. Mirzə Şəfi Vazeh( 1794 - 1852 ) Azərbaycanda maarifçiliyin inkişafında mühüm rol oynamış incəsənət nümayəndələrindən biridir.
Gəncədə milli teatr olmayıb. Bunun əvəzində burda milli oyunlar, şəbəkə, cürbəcür sərgilər fəaliyyət göstərmişdir. Milli oyunlarla yanaşı burda fəaliyyət göstərən Rus teatrının nümayəndələrinin çıxışları idi ki, bu da öz növbəsində Gəncədə mövcud Rus dilinə olan marağın bariz nümunəsi idi.
Gəncədə bir neçə kitabxana fəaliyyət göstərirdi. Onların tərkibi əsasən dərsliklərdən ibarət idi.
XIX əsrin 70 ci illərində Gəncə eyni adlı əyalətin mərkəzi oldu. Şəhər haqqında qanunun 1870 ci ildə qəbul edilməsinə baxmayaraq yalnız 27 il sonra Gəncədə qüvvəyə mindi.
Kapitalizm boyunca geniş inkişafa nail olunmuş, ustaların sifarişiylə deyil, birbaşa bazar üçün hazırlaya bildikləri sənət şöbələri fəaliyyət göstərirdi. Bu dövrlərdə ən çox qabaqcıl sənət sahələrindən dəri məmulatlarının hazırlanması, toxuculuq , xalçaçılıq və digərlərini misal göstərmək olar. Sənət öz əvvəlki əhəmiyyətini qoruyaraq Gəncə əhalisinin əsas məşğuliyyətlərindən biri olaraq qalırdı. Gəncə zadəfanları istehsal sahələrinə və açılan yeni müəssisələrə pul qoymağa başlamışdı. Xüsusilə şərab hazırlama, konyak istehsalı, səməni şəkəri sahələri intensiv inkişaf edirdi.
Gəncədəki ticari müəssisələr tədricən "Forer Qardaşları", " Qomel Qardaşları", "Yelizavetpol", "Konkordia", "Pobeda", " P. və E. Əmirxanov Qardaşları", "E.Franke və I.Polonskiy", "Aşxatank" və birləşmiş səıhmdar şirkət olan "Cənub çoxuçuları" kimi ticarət cəmiyyətləri tərəfindən özəlləşdirilməyə başlanmışdı.
Meyvə şirəsi hazırlayan fabrik inkişaf edir, meyvə istehsal sənayesi Gəncədə mühüm rol oynamışdı. 1906 cı ildə " səməni şəkərinin istehsalı və emalı ilə məşğul olan Qafqaz cəmiyyəti" birləşmiş səhmdar cəmiyyətinin sahib olduğu fabrik əsas müəssisələrdən birinə çevrildi. Cəmiyyət İngilis və Amerikan kapitalının əsasında quruldu.
Təmizlənmiş pambıq istehsalının inkişafı birbaşa olaraq əyalətdəki pambıq sənayesinin illik artışına səbəb oldu. 1900 cu ildə 2 pambıq təmizləmə zavodu burda fəaliyyət göstərirdi. Hər zavodda 20 işçi işləyirdi. 1911 ci ildə əyalətdə 24 mövcud pambıq təmizləyən zavoddan 5-i Gəncədə yerləşirdi. Bu zavodlardan hər birində illik ortalama olaraq 100 pud təmizlənmiş pambıq istehsal edilirdi.
Geniş pambıq təmizləmə zavodlarında istehsal edilən yüz minlərlə pud təmizlənmiş pambıq Moskva, Lods və digər şəhərlərə göndərilirdi. Bu zavodlar "Ümid", "Ulduz", "Xlopok", " Kevarkovi Qardaşları ", " Rəfiyev Qardaşları " və komersiya-istehsalat cəmiyyəti olan " Arzumanov və Co " ticari şirkətlkərinə məxsus idi. Ticari şirkətlərin qurucuları əsasən Gəncə vətəndaşları idi. 1919 cu ildə təmizlənmiş pambığın istehsalı ilə məşğul olan digər birləşmiş səhmdar cəmiyyət olan "Yelizavetpol kənd təsərrüfatı və istehsal ticarəti" yaradıldı.
İnqilabdan əvvəl Gəncədə keçən əsrin 50 ci illərində qurulmuş tütün fabriki fəaliyyət göstərirdi. Kərpic zavodları da istehsalatda əhəmiyyətli yerlərdən birini tuturdu. İstehsakl yalnız yerli əhalinin tələblərini deyil, həmçinin əyalətin rayon və kəndlərinin tələbatını ödəyirdi.
1883 cü ildə şəhərin iqtisadiyyatının inkişafına səbəb olan Bakı –Tiflis dəmiryolu fəaliyyətə başladı. Bu dəmiryolu vasitəsilə bütün Qafqaz ölkələrinə yerli kənd təsərrüfatı və istehsal məhsullarının göndərilməsi mümkün oldu. Bütün bunlarla yanaşı Gəncə şəhərinin Bakı ,Şuşa, Tiflis və İrəvan şəhərləri ilə əlaqələri dəmiryolu vasitəsilə daha da sıxlaşdı. İstehsal məhsulları vagon və çənlərdə bu xətt vasitəsilə yuxarıda qeyd etdiyimiz şəhərlərə göndərilirdi.
Kapitalizmin inkişafının nəticəsi olaraq şəhərdə geniş miqyasda Bank-kredit sistemi yarandı. 1896 cı ildə Azov-Don ticarət bankının filialı, 1905 ci ildə ilk və 1907 ci ildə ikinci qarışıq ticarət-kredit cəmiyyətləri, 1912 ci ildə Tiflis ticarət bankının şöbəsi, 1913 cü ildə Volgodonsk ticarət bankı agentliyi və uzun sürən danışıqlardan sonra 1916 cı ildə Dövlət Yelizavetpol bankı açıldı.
Kapitalizmin inkişafı Gəncə şəhərinin mədəniyyətinin inkişafına müsbət təsir göstərdi. Bu özünü təhsilin inkişafında da göstərirdi. Bu dövrlərdə Gəncədə müxtəlif məktəblər (bura məscidlərin nəzdində fəaliyyət göstərən dini məktəblər-mədrəsələr də daxildir) fəaliyyət göstərirdi. 1883 cü ildə Gəncədə "Müqəddəs Nina adına Xeyriyyə cəmiyyəti" nin nəzdində ilk qadın orta məktəbi fəaliyyət göstərməyə başladı. 1924 cü ildə isə şəhərdə pedaqoji seminariya açıldı. Seminariyanın ilk ilində bura 18 nəfər (onları əksəriyyəti varlı ailələrdən idi) qəbul edildi.
1918 ci il İnqilabı varlıların əlindən sahib olduqları imtiyazları alaraq onları sadə kasıb əhaliylə bir tərəziyə qoyaraq Gəncənin inkişafına öz təsirini göstərdi. Bir çox Gəncəli (hətta varlı olmayanlar da) İran və Türkiyəyə üz tutaraq buranı tərk etdi və təxminən 70 ilə yaxın öz doğmaları və ana vətənlərindən uzaq qalmaq məcburiyyətində qaldılar. Yalnız 1990 cı illərin axırlarında onlar yenidən vətənə qovuşmaq imkanı əldə etdilər.
Sovet hakimiyyətinin ilk dövrlərində su təchizatı məsələsi aktuallıq qazandı. Şəhərin təşəbbüsü ilə su hövzələri quraşdırıldı. Yeni su borularının quraşdırılmasından öncə köhnə borular və hövzələr təmir edildi. 1936 cı ildə tikilən su kəməri şəhər əhlinin su ehtiyacını ödədi. 1939-1940 cı illərdə Gəncədə yeni su kəmərlərinin tikintisi başladı və ikinci dünya müharibəsindən sonra ağır keçən bir neçə ilə tamamlandı.
1920 ci ildə Gəncədə 14 başlanğıc və 4 ali məktəb fəaliyyət göstərirdi. 1923 cü il yanvarın birinə olan məlumata əsasən 2.794 məktəbli Gəncənin ibtidai məktəblərində təhsil alırdı. 1928-29 cu illərdə Gəncə ibtidai təhsil sistemi burda mövcud uşaqların 95 % -ini əhatə edirdi. 1936 cı ildə bu proses Gəncəylə sərhədlənməyib , bütün Azərbaycanı əhatə etdi. 1939 cu ilinə məlumata göre Gəncədə 16 ali təhsil məktəbi fəaliyyət göstərirdi.
1931 ci ildə hidromeliorasiya institutu, Bakıdakı 2 kənd təsərrüfatı məktəbi Gəncəyə köçürülmüş və 1933 cü ildə onlar birləşdirilərək 6 fakultəli Kənd təsərrüfatı institutu yaradılmışdır. Bundan başqa yaxın illərdə Gəncədə həmçinin ikiillik pedaqoji institut, Gəncə musiqi texnikumu, Krupskaya adına Gəncə tibb texnikumu və mütəxəssis hazırlama texnikumu şəhərdə fəaliyyət göstərmişdir. İllər keçdikcə Gəncədəki mədəniyyət mərkəzlərinin sayı artır. 1940 cı ilə olan məlumatlara görə burda 9 kitabxana, 13 klub, 7 oxu zalı mövcud idi. Milli təhsilin inkişafında əlbətdə ki, mühüm yerlərdən birini 1920 ci ildə Gəncə şəhərində yaradılmış Nəşriyyat evi tutur. " Qırmızı Gəncə ", " Yeni Gəncə ", " Qızıl Gəncə "., " Zərbə", " Gəncə bolşevik " qəzetləriylə yanaşı burda həm də bir sıra jurnallar çap edilirdi.
1946 -1950 ci illərdə bütün ölkədə olduğu kimi Gəncəni də represiya, həbslər, deportasiya dalğası bürümüşdü. Represiyaya məruz qalmışların bir qismi evə dönmə imkanı olmadan cənub sakinləri üçün dözülməz bir şəraitdə yaşamış digərləri isə yalnız on il keçdikdən müxtəlif xəstəliklərə tutulmuş olaraq dönə bilmişlər. II Dünya müharibəsində 25.643 Gəncəli cəbhəyə yollanmışdır. Gəncəli kiçik leytenant olan İsrafil Məmmədovun Novqorod şəhəri yaxınlığında Pustinovka kjəndi uğrunda göstərdiyi şücaət ona dünya şöhrəti qazandırmış və o, Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilmişdir. Sovet İttifaqı qəhrəmanları arasında İ.Məmmədov ilk Azərbaycanlıdır.
Gəncədə tərkibində müxtəlif növ dəzgahların mövcud olduğu toxuculuq kombinatı tikildi. Kombinatda 83 min oxlu (milli) 20480 toxucu dəzgahı yerləşdirildi. Gəncədəki elektrik problemi şəhərdən 50 km aralıda yerləşən Mingəçevir su elektrik anbarının tikilməsiylə öz həllini tapdı. 1954 cü ildə isə Gəncədə yüksək cərəyanlı yarımstansiyanın tikintisi balşandı. 1950 ci illərdə ağır sənaye inkişafı sahəsində aparılan nəzərə çarpan işlər aparılırdı. Bu dövrdə yüksək potensiala malik Alüminium zavodu (Transqafqaz məkanında ən böyük) inşa edildi.
Gəncədə həmçinin ərzaq iatehsal sənayesi də inkişaf etmişdi. Bu illərdə Gəncədə ət istehsalı zavodu, şərab zavodu, süd məmulatları fabriki, çörəkçi və şirniyyat fabriki və digər müəssisələr fəaliyyət göstərməyə başladı. 1970 ci illərdə xalça- paltar fabrikinin ikinci bölməsi istifadəyə verildi.
Bu gün Gəncə inkişaf etmiş ağır sənayesi, yüngül sənaye və ərzaq sənayesinə görə Bakı və Sumgayıtdan sonra ölkənin ən böyük sənaye mərkəzlərindən biridir. Gəncədəki 22 istehsal müəssisəsində 400 müxtəlif adda məhsul və istehlakçı malları istehsal edilir.
Yenidən qurma və keçən müharibə dövründə Gəncə mühim dəyişikliklərə məruz qalmışdır. Gəncədə yeni binaların, dövlət binalarının tikilməsi nəticəsində şəhər küçə və meydanları ilə çox gözəl və cazibədar bir hala gəlmişdir.
Hal hazırda Gəncənin ərazisi 100 km² -dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən artıqdır. Quru Qobu ərazisində "Gülüstan" mikrarayonu və "Yeni Gəncə" rayonun qurulması Gəncənin tutduğu ərazinin genişlənməsi şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı.
Şəhərin ərazisinin genişlənməsi əhalinin artmasına bu da öz növbəsində müvafiq olaraq əhalinin içməli suya olan tələbatını artırdı. Ağsu-Gəncə su kəmərinin tikilməsi 1957 ci ildə tamamlandı. Su kəmərinin uzunluğu 28 km idi. 1950 ci illərdə isə bu uzunluq 122 km-ə və əsas su kəmərindən ayrılan əlavə kəmrlərin uzunluğu isə 400 km-ə çatdı. İndi tam əminliklə su ehtiyacının aradan qaldırıldığını demək olar.
Mənbə: http://www.gateway.az
|
|
Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır |
|
|