|
|
||||
|
Gəncə şəhərinin Kəpəz rayonunda yerli özünüidarəni həyata keçirən Kəpəz Bələdiyyəsi öz işini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına əsasən planlaşdırır və həmin kursu bu gün qətiyyətlə davam etdirən Prezident İlham Əliyev cənablarının göstəriş və tələblərinə uyğun qurmaqdadır.
Gəncə şəhərinin sosial–iqtisadi inkişafı,əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində şəhər və rayon İcra hakimiyyətlərinin apardığı gərgin və məqsədyönlü işdə Kəpəz Bələdiyyəsi də üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür.
Həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyə ərazisindəki sakinlərə göstərilən sosial və kommunal xidmətlərin yaxşılaşdırılması, bələdiyyə ərazisində geniş abadlıq və təmizlik tədbirlərinin aparılması,yerli (bələdiyyə) büdcənin artırılması Kəpəz Bələdiyyəsinin prioritet məsələləri kimi müəyyənləşdirilmişdir.
Görülmüş bir sıra tədbirlərin nəticəsi olaraq 2006-cı ildə 47593,8 manat–fiziki şəxslərin fərdi, bağ evlərin və həyətyanı sahələrinin əmlak–torpaq vergisi, 24585,14 manat torpaq icarəsi,3598 manat gündüz ödənişli avtomobil dayanacaqlarından rüsum haqqı toplanaraq bələdiyyə büdcəsinə ödənilmişdir.
Ümumilikdə 2007-ci il yanvar ayının 1-nə Kəpəz Bələdiyyəsinin büdcəsi 218821,5 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2.6 dəfə artıqdır.
Qeyd etmək lazımdır ki,bələdiyyə büdcəsinin artımı ildən ilə sistematik, davamlı xarakter daşıyır. Lakin əldə edilmiş nəticələr qarşıda duran vəzifələrin, planlaşdırılan işlərin həyata keçirilməsinə tam imkan vermədiyindən Kəpəz Bələdiyyəsi büdcəsinin artırılması üçün daim yeni maliyyə mənbələrinin axtarışındadır.
Əldə olunmuş gəlir əsasən şəhərimizdə aparılan abadlıq və quruculuq işlərinə , yay mövsümündə istirahət ocaqlarının fəaliyyətinin daha gözəl qurulması ,bayram və digər ələmətdar günlərdə mədəni -kütləvi tədbirlərinin keçirilməsi, aztəminatlı ailələrə,istedadlı uşaqların təhsilinə, gənc idmançılara, görkəmli elm işçilərinə mənəvi və maddi köməklik göstərilməsi və s.kimi istiqamətlərə yönəldilmişdir.
Belə ki, şəhərdə geniş vüsat almış abadlıq və yenidənqurma tədbirlərində, ümumşəhər iməcliklərində fəal iştirak etmiş Kəpəz Bələdiyyəsi ərazisindəki mərkəzi küçələrdə ( H.Əliyev, N.Nərimanov ,Ş.İ.Xətai,D.Qorqud ,Z.Hacıyev, M.A.Abbaszadə R.Qasımov və s.) mütamadi olaraq abadlıq işləri aparmış,yolların əsaslı təmiri gedən M.Hacıyev və Üz.Hacıbəyov küçələrində fərdi yaşayış evlərin , binaların fasadlarında təmir –rəngsazlıq işləri görmüş ,yaz-yay mövsumunə hazırlıq məqsədilə əhalinin daha sıx yaşadığı ərazilərdə yerləşən "Fikrət Əmirov" və "Füzuli" istirahət bağlarında fəvvarə və oturacaqları təmir etmiş ,yeni ağaclar əkərək onlara qulluq göstərmiş sıradan çıxmış zibil qutularını yeniləri ilə əvəz etmişdir.Bu işlərin görülməsi üçün Kəpəz Bələdiyyəsinin büdcəsindən 2006-cı ildə 91409 manat vəsait xərclənmişdir.
Kəpəz bələdiyyəsi yanında fəaliyyət göstərən yerli sosial inkişaf və sosial müdafiə daimi komissiyasının təklif və rəyləri əsasında bələdiyyə sakinləri Əliyeva Vəfa Sadıq qızı və Ələkbərova Ruzilə Ələsgər qızı bələdiyyə iclasının qərarı ilə bələdiyyə tərəfindən himayəyə götürülmüş və onlara təhsilinin davam etdirilməsi üçün hər ay müavinət verilmişdir.Gəncə Olimpiya İdman Kompleksində yarışların keçirilməsinə, kompleksin nəzdində olan voleybol bölməsinə köməklik məqsədilə 500 manat yardım edilmiş,ağır atletika üzrə Avropa çempionatında 2-ci yeri tutmuş Əliyev Sərxan Zakir oğluna 300 manat ,dünya və avropa miqyasında keçirilən müxtəlif yarışlarda fəxri yerlər tutmuş idmançılara Gəncə şəhər İdman və Gənclər Baş İdarəsinin iştirakı ilə 1000 manat məbləğində mükaftlar verilmişdir.
Şəhid ailəsi Əliyeva Rəbiyyə Əsgər qızının fərdi evindəki hamamın inşası üçün 1097,8 manat ,Gəncə Dövlət Universitetinin müəllimi, əmək veteranı Məmmədova Dövlət Hümbət qızının evinin təmirinə isə 689 manat məbləğində inşaat materiallarından ibarət köməklik göstərilmişdir.
Gəncə şəhərində anadan olmuş ,görkəmli bəstəkar, Qəmbər Hüseynlinin həyat və yaradıcılığından bəhz edən monoqrafiyanın hazırlanması və nəşr etdirilməsi üçün 1580 manat vəsait ayrılmışdır.
"Novruz bayramı" və "Yeni il" bayaramlarında məktəblilərin tətil günlərində Gəncə Dövlət Kukla teatrında 1000 nəfər aztəminatlı ailədən olan uşağa Kəpəz Bələdiyyəsinin hesabına tamaşalar verilmiş ,bayram hədiyyələri paylanmışdır.
"Qurban bayramı"nda bələdiyyə ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə qurban payları çatdırılmış, "9 May-Qələbə günü" münasibətilə bir qrup müharibə veteranlarına bayram süfrələri açılmış, onlara maddi köməkliklər göstərilmişdir.
Ümumilikdə, 2006-cı ildə Kəpəz Bələdiyyəsinin büdcəsindən vətəndaşlara maddi köməklik məqsədilə 2100 manat, mədəni və xeyriyyə tədbirlərinin keçirilməsi üçün 17058 manat xərclənmişdir. 2007-ci ildə bu xərclərin artırılması nəzərdə tutulur.
Kəpəz bələdiyyəsi öz işini günün tələblərinə uyğun qurmaq üçün sakinləri ilə yerlərdə məhəllə komitələri vasitəsi ilə sıx ünsiyyət saxlayır.
Bələdiyyə ərazisində fəaliyyət göstərən 23 məhəllə komitəsi ərazidə yaşayan hər bir sakinin arzu və ehtiyacların öyrənilməsində,onların problemlərinin yaxından həllində bələdiyyənin köməkçisidir.
Belə ki,məhəllə komitələrinin köməyi və bilavasitə iştirakı ilə "Sevinc" qəsəbəsində qeyri qanuni zəbt edilmiş keçid-yol bərpa olunmuş ,su artezianı təmir edilərək əhalinin sudan səmərəli istifadə etmək məsələsi təmin olunmuşdur.
Məhəllə komitələrinin təşəbbüsü ilə H.Əliyev prospekti 52,Ş.İ.Xətai 77 və 77/1 saylı bina sakinlərinin arzu və istəkləri nəzərə alınaraq həmin binaların arasında bərbad vəziyyətdə olan xeyir-şər mağarı bələdiyyə tərəfindən təmir edilərək sakinlərin istafadəsinə verilmiş, "Natəvan" və "Türklər" qəsəbəsində, "Avtozavod" yaşayış massivindəki məhəllədaxili yollara xır-çınqıl döşənmişdir.
"Sevinc" qəsəbəsində vəfat etmiş ,1932-ci il təvəllüdlü,kimsəsiz Hüseynova Telli Əli qızının dəfn mərasiminin təşkili də məhəllə komitələrinin yaxından köməyi, Kəpəz Bələdiyyəsinin rəhbərliyi və vəsaiti hesabına olmuşdur.
Kəpəz bələdiyyəsi, onun İcra aparatı məhəllə komitələrinin, ayrı-ayrı vətəndaşların ərizə və şikayətlərinə qayğı və həssaslıqla yanaşmaqla bu müraciətlərin vaxtında və müsbət həll olunması üçün yüksək tələbkarlıq göstərir.
2006-cı ildə Kəpəz Bələdiyyəsinə 585 ərizə daxil olumuş,məzmununa görə fərdi və bağ evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, icarəyə verilməsi,vergilərdən tam və ya qismən azad edilməsi və sair xarakterli ərizələrə baxılaraq ərizəçilərə müvafiq cavab və izahatlar verilmişdir.
Kəpəz bələdiyyəsinin büdcə məsələləri daimi komissiyasının təqdimatına əsasən 45 nəfər aztəminatlı kateqoriyadan olan vətəndaş yerli vergilərdən tam və ya qismən azad edilmişdir.
Hesabat dövründə bələdiyyə fəaliyyətində şəffavlığın təmin edilməsi, görülən işlər, yerli büdcənin vəziyyəti haqqında və ümumi statistik məlumatların ölkə əhalisinə və dünyaya çatdırılması məqsədilə Kəpəz bələdiyyəsinin İnternet səhifəsi yaradılmışdır.
Bələdiyyə ərazisində lokal ekoloji və kommunal problemlərin həllinə beynəlxalq donor təşkilatların maliyyəsini cəlb etmək üçün Kəpəz Bələdiyyəsi tərəfindən bir sıra layihələr, o cümlədən "Sevinc" qəsəbəsində məhəllədaxili yolların təmiri, su və kanalizasiya xəttlərinin çəkilməsi ,Göy-Göldə müasir tələblərə cavab verən stasionar ekoloji monitorinq stansiyasının yaradılması, "Bələdiyyə" həftəlik bülleten-qəzetinin buraxılması və s. kimi layihələr hazırlanaraq internet şəbəkəsinə verilmişdir.
Elə bu sahədəki fəaliyyətin nəticəsidir ki, Kavkaz üçün Regional Ekoloji Mərkəz tərəfindən Kəpəz Bələdiyyəsinin "Gəncə çaynının sağ sahilindəki ərazinin yaşıllaşdırılması" layihəsinə 15000 ABŞ dolları məbləğində qrant ayrılmış,həmin vəsait hesabına lazımi hazırlıq işləri aparılaraq yaxın vaxtlarda Gəncə çayının sahilində sakinlər üçün istirahət güşəsi yaradılacaqdır.
2006-cı il ərzində Kəpəz bələdiyyəsi beynəlxalq əməkdaşlıq və bələdiyyələrarası əlaqələr sahəsində də müəyyən işlər görmüşdür.
Beynəlxalq əlaqələrin inkişafı sahəsində Kəpəz Bələdiyyəsi qardaş Türkiyənin Ankara şəhərinin Keçiören bələdiyyəsi ilə qardaşlıq protokolu imzalayaraq münasibətlər qurmuşdur.
2006-cı ilin noyabr ayında Azərbaycan bələdiyyələrinin təsis konfransında yaradılmış Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədr müavini vəzifəsinə Kəpəz Bələdiyyəsinin sədri seçilmişdir.
Respublikamızın paytaxtında yaradılmış bu qurumun rəhbərliyinə Gəncə şəhərindən olan bələdiyyə sədrinin seçilməsi Kəpəz Bələdiyyəsinin fəaliyyətinə respublika səviyyəsində verilən qiymətdir.
Kəpəz Bələdiyyəsi 2007-ci ildə də öz işini sakinlərə göstərilən sosial və kommunal xidmətlərin yaxşılaşdırılması,yerli ekoloji problemlərin həlli ,büdcənin artırılması istiqamətində quracaq və iqitisadi inkişafa təkan verilməsi sahəsində əlindən gələni əsirgəməyəcəkdir.
|
||||
|
Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır |
||||
|
|