Ön söz

Şakir Ələsgərov Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin Sədri

Şakir Ələsgərov
Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin Sədri

Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimiz Heydər Əliyevin əl izləri olmasın. Azərbaycan onun zəkasının nurunda xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Xalqımızın böyük oğlu, fenomen şəxsiyyət Heydər Əliyev böyük zəhmətlər, hətta öz həyatı bahasına müstəqil Azərbaycan dövlətini qurdu. Onu faciələrdən, müsibətlərdən, təhlükələrdən xilas etdi, dinamik inkişafda olan ölkələr sırasına yüksəltdi. Azərbaycanın dövlət müstəqilliyi Heydər Əliyevin gərgin əməyinin bəhrəsidir.

Bu gün də möhtərəm prezidentimiz İlham Əliyevİn rəhbərliyi ilə uğurla idarə olunur. Öz müstəqilliyini birinci onillik inkişafı dövründə respublikamız bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri və daha çox maraq doğuranı yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-cı ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.

Ümummilli liderimiz H.Əliyev təbirincə desək:

«Biz Azərbaycanda qeyri – dövlət, tam müstəqil, yerli özünüidarəetmə orqanları yaradırıq».

Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir. Siyasətinin və gərgin əməyin nəticəsində dünya dövlətləri arasında özünə məxsus yer tutmuş dövlətimiz mövcüd Qanuna əsasən 12 dekabr 1999 – cu ildə ölkəmizdə ilk dəfə, 17dekabr 2004 cü il tarixində isə ikinci dəfə bələdiyyələrə seçkilər keçirildi. Birinci seçki dövlətimizin idarəetmə tarixində yeni mərhələnin başlanması idisə, ikinci bələdiyyə seçkilərində 20 mindən artıq bələdiyyə üzvlərinin seçilməsi, onların yerli özünüidarəni təşkil etmələri, Yerli Özünüidarəetmə haqqında Avropa Partiyasına ( Strasburq ş 15.10.1985. ), yerli hakimiyyətlərin müdafiəsinə, hüquq və azadlıqların möhkəmləndirilməsinə və sair ümumavropa normalarının əsasını qoyan bu tarixi, hüququ sənədə uyğun olaraq həyata keçirildi.

2003-cü ildə Azərbaycanda XXI yüzilliyin ilk prezident seçkisi keçirildi. XXI əsrə yenicə qədəm qoymuş xalqımız özünə lider seçməkdə yanılmadı. Heydər Əliyev məktəbinin yetirməsi, onun həyatda və dövlət quruculuğu işində ən layiqli davamçısı İlham Əliyev rəqiblərin! böyük səs çoxluğu ilə üstələyərək Azərbaycan Respublikasının prezidenti seçildi. Onun bu tarixi qələbəsi təkcə bu amillə bağlı deyildi. Çünki İlham Əliyev dünyanın siyasi arenasında müstəqil siyasət yeridən, xalqına, dövlətinə şərəflə xidmət edən bir şəxsiyyət kimi çoxdan tanınmışdı. İlham Əliyevin yekdilliklə prezident seçilməsi təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycan xalqının qələbəsi kimi qiymətlən-dirilmişdir. Zaman ötdükcə görülən işlərin müqabilində biz bu etirafın tam həqiqət olduğunu görürük.

İlham Əliyevin dünyada tanınmasında, onun böyük nüfuz qazanmasında hörmətli prezidentimizin Avropa Şurasındakı xidmətləri böyük rol oynamışdır. Azərbaycanın xarici siyasət sahəsində böyük uğurlar qazanması üçün əməli işlər görmüş, nümunəvi xidmətlər göstərmişdir. Onun fəaliyyəti Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilmişdir.

İlham Əliyev Avropanın və ümumiyyətlə. dünyanın bəzi ciddi problemlərin-dən xilas olması üçün bir sıra dəyərli təkliflər vermişdir. Xüsusilə o, ermənilərin yeritdiyi çirkin siyasətin bəşəriyyət üçün təhlükəli olduğunu dəqiq faktlar əsasında sübut etmiş, beynəlxalq İctimaiyyətə çatdırmışdır. Onun qətiyyətli addımları sayəsində Ermənistan dünyada işğalçı, təcavüzkar, terrora dəstək verən, bəşəriyyəti narahat edən cinayətlərdə iştirakçı və təşkilatçı kimi iştirak edən bir dövlət kimi tanınmışdır. Ermənistanın Avropa Şurasının bərabərhüquqlu üzvü olmasının bu mötəbər təşkilatın nüfuzuna xələl gətirdiyini əsaslandıraraq dünyaya bəyan edən İlham Əliyev Azərbaycanda həyata keçirilən demokratikləşmə prosesini, görülən işləri də təhlil edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Azərbaycan xalqının sosial rifahının yüksəldilməsi sahə-sində onun gördüyü İşlər bununla yekunlaşmır. 0, ölkənin neft strategiyasının müəyyənləşməsində iqtisadiyyatın, mədəniyyətin, yerli özünüidarənin idmanımızın inkişafında, əhalinin sosial problemlərinin həllində həmişə fəal iştirak etmiş, Azərbaycanın çiçəklənməsi naminə böyük işlər görmüşdür.

İlham Əliyev bu gün də Azərbaycanın inkişaf üçün nümunəvi xidmətlər göstərir. İşgüzarlığı, qabiliyyəti, böyük şəxsiyyətlərə xas olan xüsusiyyətləri ilə seçilən ilham Əliyev gənc olmasına baxmayaraq onun fəaliyyəti bir çox siyasətçilər üçün örnəkdir. Zamanın axarında öz layiqli yerini tutan Azərbaycan bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin Sədri: Ş. Ş. Ələsgərov.