|
|
|
Layihənin adı: Gəncə çayının sağ sahilində M.Hadinin abidəsinin ətrafındakı bağın yenidən qurulması
Layihənin məqsədi:
Layihə "Regionların sosial-iqtisadi inkişafı proqramı"nda nəzərdə tutulmuş Gəncə şəhərində Gəncə çayının sağ və sol sahillərində yaşıllıq zolağının salınması ilə əlaqədar hazırlanmışdır.
Tədbirlər:
Layihə Kəpəz Bələdiyyəsinin ərazisində, Ə.Cəmil küçəsi boyunca Gəncə çayının sağ sahilində həyata keçiriləcəkdir. Ərazinin ümumi sahəsi 2 hektardır.
Tədbirlər planına əsasən Gəncə çayının sağ sahilinin Kəpəz Bələdiyyəsi ərazisinə aid olan hissəsinin başlanğıcında,baxımsızlıq üzündən bərbad vəziyyətə düşmüş,Məhəmməd Hadinin abidəsinin ətrafındakı bağda yenidənqurma,bərpa və yaşıllaşdırma işlərinin aparılması planlaşdırılmışdır.
Layihədə ərazinin zibil və məişət tullantılarından təmizlənməsi,yeni ağacların,gül kollarının və dekorativ bitkilərin əkilməsi,sakinlərin istirahəti üçün yeni oturacaqların düzəldilməsi nəzərdə tutulmuşdur.
Yaşıllaşdırılmış sahədə yeni əkilmiş ağaclara,kollara müasir aqrotexniki tələblərə cavab verən qulluq göstəriləcək, vaxtlı vaxtında onların suvarılması, kübrə verilməsi kimi tədbirlər görüləcəkdir.
Layihə Kəpəz bələdiyyəsi ərazisində sosial-ekoloji problemlərin həlli ilə yanaşı davamlı inkişafa təkan verəcək.Belə ki, hazırda Gəncə şəhərinin planına uyğun olaraq hər sakinə 30m2 yaşıllıq sahəsi düşməli olduğu halda, real rəqəm 10m2 təşkil edir,bu da şəhər yaşıllığının aşağı səviyyədə olduğunu göstərir.
Layihənin icra müddəti 2007-ci ilin aprel ayından iyul ayına kimi nəzərdə
tutulmuşdur, ümumi smeta dəyəri 32062 manatdır. Tədbirlər planında nəzərdə
tutulmuşdur görülməsi üçün bu günə kimi 15828 manat xərclənmişdir. Layihənin adı: Ş.Hüseynov küçəsindəki "Füzuli" bağının abadlaşdırması
Layihənin məqsədi:
Layihə Gəncə şəhərində ətraf mühitin mühafizəsinin yerli tədbirlər planının və Kəpəz Bələdiyyəsinin 2005-2009-cu illər üçün nəzərdə tutulan yerli proqramlarının prioritetlərinə uyğun hazırlanmışdır.
Tədbirlər:
Layihə Kəpəz Bələdiyyəsinin ərazisində, Ş.Hüseynov küçəsində yerləşən "Füzuli" bağında həyata keçiriləcəkdir. Ərazinin ümumi sahəsi 2,5 hektardır.
Tədbirlər planına əsasən bağın zibil və məişət tullantılarından təmizlənməsi,yeni dekorativ ağacların əkilməsi,fəvvarələrin işə salınması işıqlandırıcıların bərpası,yeni oturacaq və zibil qutularının düzəldilməsi nəzərdə tutulmuşdur.
Layihənin həyata keçirilməsi "Alüminumçular" yaşayış massivində, bağın ətrafındakı çoxmərtəbəli,çoxmənzilli yaşayış binalarında yaşayan 30000 yaxın sakinin yay aylarında asudə vaxtının və istirahətinin səmərəli təşkilinə xidmət edəcəkdir.
Layihə icrası 2007-ci ilin may-iyun
aylarında nəzərdə tutulmuşdur. Ümumi smeta dəyəri 19237 manatdır. Tədbirlər
planında nəzərdə tutulan işlərin görülməsi üçün bu günə kimi 14988 manat
xərclənmişdir. Layihənin adı: "Sevinc" qəsəbəsində sakinlərin su təminatının yaxşılaşdırılması
Gəncə şəhərinin şimali-qərb hissəsində yerləşən 200 ha ərazidə salınmış "Sevinc" qəsəbəsində idarə, müəssisə və təşkilatların nəzdindəki bağçılıq yoldaşlıqları tərəfindən bağ evi tikintisi üçün vətəndaşlara 5000-nə yaxın torpaq sahəsi paylanmışdır. Hazırda qəsəbədə 3000-nə qədər bağ evi mövcuddur.
Son vaxtlar "Sevinc" qəsəbəsində yaşayan əhalinin həyat ehtiyaclarının ödənilməsi istiqamətində Kəpəz Bələdiyyəsinin bilavasitə rəhbərliyi və ərazidə fəaliyyət göstərən məhəllə komitələrinin köməyi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Belə ki, bir qrup vətəndaş tərəfindən zəbt edilmiş küçələrarası keçid yolu qanunsuz tikililərdən boşaldılmış, subartezian nasos təmir edilmiş, məhəllədaxili yolların bir hissəsinə xır-çınqıl döşənmiş,su xəttlərinin təmirinə köməklik göstərilmişdir.
Lakin bütün bunlara baxmayaraq qəsəbədə sakinlərin suya olan ehtiyacı tam ödənilməmişdir.
Qəsəbənin bir hissəsində sakinlərin su təminatının yaxşılaşdırmaq məqsədilə ərazidə olan mövcud subartezian quyusunun bərpasına və yaşayışçıların evlərinə su xətlərinin çəkilməsinə ehtiyac var .
Bu məqsədlə qəsəbə sakinlərinin arzu və istəkləri nəzərə alınaraq Kəpəz Bələdiyyəsi və ərazidə fəaliyyət göstərən məhəllə komitəsi tərəfindən "Sevinc" qəsəbəsində sakinlərin su təminatının yaxşılaşdırılması" layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihəyə görə ərazidəki mövcud subartezian quyusu bərpa edilməlidir,bu subarteziandan və yaxınlıqda yerləşən digər subartezian quyularından 140 evə yaxın su xətti çəkilməsi üçün müxtəlif ölçüdə (450 metr 110mm,550metr -75mm və 330metr -63 mm-lik)su boruları alınıb qəsəbəyə daşınmalıdır.Boruların yerə basdırılması üçün 1330 metr uzunluğunda xəndək qazılmalıdır.
Layihənin həyata keçirməsi nəticəsində qəsəbə sakinlərinin suya olan ehtiyacı qismən ödəniləcək,çəkiləcək su xətləri və təmir ediləcək subartezian quyusu qəsəbənin mərkəzləşmiş su təchizatı şəbəkəsinə qoşulacaq,əhali bələdiyyə ilə birgə yerli problemlərin həllində yaxından iştirak edəcəkdir.
Görüləcək tikinti-quraşdırma işlərin ümumi smeta dəyəri 26218 manatdır. Onun 16000 manatını Respublikanın İqtisadi İnkişaf Fondu öz üzərinə götürmüşdür.
Layihənin həyata keçirilməsi nəticəsində kitabxana istifadəçiləri ənənəvi kataloq və kartotekalarda saatlarla axtarış aparmaq əvəzinə yeni yaradılmış elektron kataloqla lazımi materialın tapılmasına 2-3 dəqiqə vaxt sərf edəcəklər, qəzet və jurnal məqalələrinin analitik təsvirlərinin elektron məlumat bazası yaradılacaq, kitabxanalararası elektron şəbəkənin yaradılmasının əsası qoyulacaq,kitabxana istifadəçiləri,eləcə də dünya miqyasında Azərbaycanla maraqlanan bütün insanlar Gəncə şəhəri MKS-nin saytı və elektron kataloqu vasitəsilə zaman və məkan problemi olmadan kitabxananın kataloq və fondlarından faydalana biləcək,MKS istifadəçiləri dünya kitabxanalarının fond və kataloqlarında birbaşa axtarış apararaq faydalana biləcək, MKS-nin elektron məlumat bazasında Azərbaycan özünüidarə institutlarının (bələdiyyələrin) qanunvericiliyi, normativ sənədləri və perspektiv materialları haqqında məlumatlar toplusu yaradılacaq və kitabxana istifadəçilərinə göstərilən xidmətin keyfiyyəti yüksələcəkdir.
Təqdim olunan layihənin ümumi büdcəsi 7650 manat təşkil edir.Layihə büdcəsinin 4650 manat məbləğinin ödənilməsini Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi öz üzərinə götürmüşdür.
|
|
Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır |
|
|