Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin proqramları
(2005-2009-cu illər)
 

Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin
Yerli Büdcə Proqramı (2005-2009-cu illər)


Bələdiyyə büdcəsi bələdiyyə statusuna uyğun olaraq özünü idarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edimiş səlahiyyətlərini həyata keçirmək üçün formalaşdırılan və istifadə olunan maliyyə vəsaitidir. Başqa sözlə, bələdiyyə büdcəsi ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur. Həmin vəsaitlə bələdiyyələr yerli özünüidarəetmənin təmin edilməsi predimetinə aid olan vəzifə və funksiyalarını həyata keçirir.

 

Bu proqramda Kəpəz bələdiyyəsinin büdcəsinin artırılması başlıca məqsəd kimi qarşıya qoyulmuşdur.

 

Kəpəz Bələdiyyəsi yerli büdcə proqramında aşağıdakı tədbirlərin həyata keçirilməsini planlaşdırılır:

  1. Bələdiyyə ərazisində vergidən yayınan fərdi və bağ evlərinin müəyyənləşdirilməsi, onların əmlak və torpaq vergisinə cəlb edilməsi üçün bələdiyyədə qeydiyyata alınması.

  2. Fiziki şəxslərin inventar dəyəri hesablanmamış fərdi və bağ evlərinin, sahibkarlıq obyektlərinin əmlak vergisinə cəlb edilməsi üçün qiymətləndirilməsi.

  3. Hüquqi və fiziki şəxslərin müddətli istifadəsində olan kənd təsərrüfatı təyinatlı və sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə torpaqlarının qeydiyyata alınması, onlarla torpaq icarəsi müqavilələrinin bağlanması.

  4. Hüquqi və fiziki şəxslərin qeyri qanuni istifadə etdiyi və boşaldılması mümkün olmayan torpaq sahələrinin icarə əsasında və yaxud alqı-satqı qaydasında rəsmiləşdirilməsi.

  5. İki və çoxmərtəbəli, çoxmənzilli binalarda yaşayan fərdi və kooperativ qaraj sahiblərinin torpaq haqqına cəlb edilməsi üçün qeydiyyata alınması.

  6. Bələdiyyənin gündüz ödənişli avtomobil dayanacaqları şəbəkəsinin genişləndirilməsi, onların fəaliyyətinə nəzarətin gücləndirilməsi.

  7. Bələdiyyə mülkiyyətinə aid olan torpaqlarda yerləşdirilmiş reklam lövhələrinin qeydiyyata alınması, reklam rüsumunun tətbiq edilməsi üçün onların sahibləri ilə icarə müqavilələrinin bağlanması.

  8. Bələdiyyə ərazisində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını vergidən tam və ya qismən azad edilməsi üçün bələdiyyə üzvlərinin ümumi yığıncağına təkliflərin hazırlanması.

  9. Yerli büdcənin tərtibi, icrasına nəzarət edilməsi, büdcənin icrası barədə bələdiyyə üzvlərinin ümumi yığıncağına illik hesabatların hazırlanması və analizi.

Menyuya qayıt
 


Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin
Yerli İqtisadi İnkişaf Proqramı (2005-2009-cu illər)

 

Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin birinci hissəsinin 8-ci bəndində və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstəriildiyi kimi bələdiyyələr öz yığıncaqlarında yerli iqtisadi inikişaf proqramlarının qəbul və icra edilməsi haqqında qərar qəbul edirlər.

 

Yerli iqtisadi inkişaf proqramının qəbul edilməsində məqsəd dövlətin həyata keçirdiyi iqtisadi inkişaf proqramlarında, o cümlədən "Regionların sosial–iqtisadi inkişaf Proqramı"nda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli iqtisadi inkişaf məsələlərini həll etməkdir.

 

Bu proqramda bələdiyyə torpaqlarının və əmlakının müəyyənləşdirilməsi, maliyyə əsaslarının formalaşdırılması, iş yerlərinin yaradılması Kəpəz Bələdiyyəsinin əsas vəzifələrindən biri kimi qarşıya qoyulmuşdur.

 

Kəpəz Bələdiyyəsinin 2005-2009-cu illər üçün iqtisadi inkişaf proqramında aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

  1. Bələdiyyə torpaqlarının müəyyənləşdirilməsi işinin başa çatdırılması.

  2. Bələdiyyə mülkiyyətinə veriləcək əmlakın müəyyənləşdirilməsi, qəbulu və ondan səmərəli istifadə edilməsi.

  3. Bələdiyyə torpaqlarından səmərəsiz istifadə  faktlarının və özbaşına torpaq zəbtetmə hallarının müəyyən edilməsi. Belə torpaqların bələdiyyənin torpaq fonduna qaytarılmasının qanunvericiliyə uyğun həll edilməsi.

  4. İş yerlərinin yaradılması və bələdiyyə büdcəsinin formalaşması üçün bələdiyyə müəssisələrinin, kiçik istehsal sahələrinin təşkili.

  5. Bələdiyyənin vəsaiti hesabına layihə ilə tikiləcək müasir görkəmli ticarət cərgələrinin yaradılıb əhaliyə icarəyə verilməsi.

  6. Bələdiyyə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına əlverişli şərait yaradılması üçün  tədbirlərin görülməsi.

  7. Bələdiyyə ərazisində investisiyalar qoyulmasını təmin etmək məqsədilə xarici ölkə bələdiyyələri ilə iqtisadi əməkdaşlıq əlaqələrinin yaradlıması.

  8. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai–iaşə, əyləncə, idman və digər ictimai tələbatının ödənilməsi məqsədilə yeni xidmət sahələrinin yaradılması.

  9. Yay aylarında mövsümü xarakter daşıyan obyektlərin  yerinin müəyyənləşdirilməsi və təşkili.

  10. Bələdiyyə mülkiyyətində olan fermer təsərrüfatının yaradılması, istehsal olunan məhsulların bələdiyyə ərazisində əhaliyə satışının təşkil edilməsi.

  11. Bələdiyyə ərazisində müasir tələblərə cavab verən bazar–yarmarkanın təşkili.

  12. Bələdiyyə ərazisindəki yaşayış massivlərini nümünəvi yaşayış sahəsinə çevirmək üçün bu ərazinin məhəllə daxili yollarının təmir edilməsi, uşaq əyləncə və idmən–sağlamlıq mərkəzlərinin yaradılması.

  13. Əhaliyə göstərilən nəqliyyat xidmətini yaxşılaşdırmaq məqsədilə bələdiyyə ərazisində yeni zəruri marşrutlar açılması barədə təkliflərin hazırlanması.

  14. Bələdiyyənin gündüz ödənişli avtomobil dayanacaqları şəbəkəsinin genişləndirilməsi, bələdiyyə mülkiyyətində olan texniki təchizata və mühafizəyə malik üstü açıq və qapalı dayanacaqların yaradılması.

  15. Bələdiyyə mülkiyyətində olan uşaq bağçası, ümümtəhsil məktəbi və poliklinikanın yaradılması.

Menyuya qayıt


Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin
Sosial Müdafiə və Sosial İnkişaf Məsələləri üzrə Proqramı (2005-2009-cu illər)

 

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının 1999-u ildən qüvvədə olan qanununa əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramları (maddə 4) aşağdakıları ehtiva edir.

  1. Yerli sosial müdafiə proqramları bələdiyyə tərəfindən müyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Həmin təminatlar mütamadi və birdəfəlik ola bilər.

  2. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar məktəbəqədər tərbiyə, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, yerli əhəmiyyətli yolların tikliməsi və saxlanılması, mərasim xidmətlərinin təşkili və qəbiristanların qorunması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstlərə, qocalara, maddi imkansızlara, valdeyin himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına kömək göstərilməsi və yerli infrastrukturun digər səhalərini əhatə edə bilər.

  3. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirərkən bələdiyyələr bu maddənin 2-ci bəndində göstərilən məsələlər üzrə dövlət orqanlarının müvafiq proqramlarının həyata keçirilməsinə müdaxilə edə bilməzlər.

Kəpəz Bələdiyyəsinin sosial və inkişaf proqramı hazırlanarkən Bələdiyyə seçkiləri ərəfəsində və seçkidən sonra seçicilərə görüş zamanı vətəndaşların verdikləri tapşırıqlar, təkliflər nəzər alınmış, həlli mümkün olan aktual problemlər prqrama daxil edilmişdir.

 

Kəpəz Bələdiyyəsinin sosial müdafiə və sosial inkişaf üzrə 5-illik iş planında aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

  1. Yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf üzrə proqramlar hazırlanıb bələdiyyənin iclasına və ya yerli əhalinin müzakirəsinə çıxarmaq.

  2. Yerli əhmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, ayrayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq.

  3. Kəpəz Bələdiyyəsində yaşayan əhalinin sosial tərkibini, məşğulluq səviyyəsini öyrənmək.

  4. Bələdiyyə ərazisində yaşayan əhalinin yaş qruplarına və peşə yönümünə əsasən tərkibini öyrənmək yaş qruplarına uyğun xüsusi məşğulluq proqramları hazırlamaq.

  5. Əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təminatına kömək etmək.

  6. Bələdiyyə ərazisində yaşayan tənha və kimsəsiz vətəndaşların, qocaların, xəstələrin, valdeyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün əlavə tədbirlər müəyyənləşdirmək.

  7. Təhsil, elm, mədəniyyət və incəsənət, idman sahəsində xüsusi qabiliyyəti olub, lakin maddi imkanları olmayanlara yardım göstərmək.

  8. Bələdiyyə ərazisində yerləşən "Uşaq evi"nin problemlərini müəyyənləşdirmək və vaxtaşırı müvafiq köməkliklər göstərmək.

  9. Bələdiyyə ərazisində yerləşən "Qocalar evi"nin problemlərini müəyyənləşdirmək və vaxtaşırı müvafiq köməkliklər göstərmək.

  10. Mərasim xidmətlərinin təşkilinə, qəbiristanların qorunmasına köməklik göstərmək.

  11. Bələdiyyə ərazisində yerləşən məktəbəqədər tərbiyə, mədəniyyət və təhsil müəssisələrinin problemlərini öyrənmək və müvafiq köməkliklər göstərmək.

  12. Bələdiyyə ərazisində yerləşən səhiyyə, sanitariya müəssisələrinin inkişafına yardım etmək.

  13. Fiziki tərbiyyə və idmanın, turizmin inkişafıına yardım göstərmək.

  14. Bələdiyyə ərazisindəki tarixi, mədəniyyət, memarlıq abidələrini müəyyənləşdirmək, onların mühafizəsi və bərpasına mümkün olan köməklikləri göstərmək.

  15. Bələdiyyə ərazisində yaşayan başqa millətlərin və etnik azlıqların nümayəndələri ilə görüşlər keçirmək, onların problemlərinin həllinə, millətlərarası əlaqələrin genişlənməsinə köməkliklər göstərmək, yerli özünü idarəetəmənin tədbirlərində onları fəal iştirak etməyə cəlb eləmək.

  16. Yerli əhali tərəfindən milli və dünya mədəniyyətinin zənginliklərinin daha dolğun və dərin mənimsənilməsinə, onların mənəvi tərbiyəsinə, mədəni irsin daha da artırılmasına istiqamətələndirilmiş tədbirlər həyata keçirmək.

  17. Mədəni quruculuqda yerli əhalinin müxtəlif qruplarının bilavasitə iştirakını genişləndirmək, bu məqsədlə onların yaradıcılıq səylərindən, təşəbüsslərindən və maddi imkanlarnıdan istifadə etmək.

  18. Kütləfi informasiya vasitələri ilə işgüzar əlaqələr yaratmaq, onların fəaliyyəti üçün şərait yaratmaq.

  19. Beynəlxalq yardım təşkilatları və fondları ilə əməkdaşlıq əlaqələri yaratmaq, onları tənha və kimsəsiz vətəndaşların, uşaq, qocalar evlərinin, məktəbəqədər tərbiyə, mədəniyyət, təhsil və səhiyyə müəssisələrinin problemlərinin həllinə cəlb etmək.

  20. Dövlət təşkilatlarını, ictimai birlikləri və beynəlxalq fondları Kəpəz Bələdiyyəsinin fəaliyyət proqramlarının maliyyələşdirilməsinə cəlb etmək, qrantlar ayrılmasına nail olmaq üçün bu təşkilatlarla işgüzar əməkdaşlıq etmək.

  21. Kəpəz Bələdiyyəsinin beynəlxalq əlaqələrinin və bələdiyyələrarası münasibətlərinin səmərəli təşkilinə, təcrübə mübadilələri aparılmasına, iqtisadi, mədəni əlaqələrin inkişafına nail olmaq.

  22. Milli mədəni irsin qorunub saxlanması və tətbiqi məqsədilə "Muğam" gecələrinin keçirilməsini təşkil etmək, daimi fəaliyyət göstərən "Muğam evi"-nin yaradılmasına nail olmaq.

Bələdiyyənin sosial, mədəni–maarif və idman obyektlərinin yaradılmasına nail olmaq üçün əməli tədbirlər hazırlamaq və həyata keçirmək.

 

Menyuya qayıt


Gəncə şəhər Kəpəz rayon Kəpəz Bələdiyyəsinin
Abadlaşdırma və Digər Kommunal Xidmətlər üzrə Proqramı (2005-2009-cu illər)

 

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yerli büdcələrin xərclərinin həcmi, istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir və bu xərclərə mənzil–kommunal xidmətlər, əhalinin ümumi istifadəsində olan küçə, həyət, park və bağların saxlanmasına yönəldilən vəsaitlər əhəmiyyətli yer tutur.

 

Kəpəz Bələdiyyəsi mənzil–istismar və kommunal xidmətləri daimi komissiyasının üzvləri Bələdiyyə ərazisində yaxın beş il ərzində bu sahədə həlli vacib olan məsələləri müəyyənləşdirmiş, komissiyanın tərtib etdiyi proqram bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edilərək qəbul olunmuşdur.

  1. Yaz-yay, payız-qış mövsümlərinin başlanması ilə əlaqədar, milli bayramlar ərəfəsində bələdiyyə ərazisində aşağıdakı mərkəzi küçələrdə və istirahət bağlarında abadlıq–təmizlik tədbirlərinin aparılması nəzərdə tutulur:

    1.1. H. Əliyev prospektindəki fərdi yaşayış evlərinin fasad hissəsində təmir-rəngsazlıq işlərinin görülməsi, səki daşlarının dibinin təmizlənməsi, ağacların əhəng məhlulu ilə ağardılması.

    1.2. N. Nərimanov, H. Əliyev, D. Qorqud, Atatürk, Ş. İ. Xətai, M. A. Abbaszadə küçələrində fərdi yaşayış evlərinin, çoxmərtəbəli binaların fasadlarının təmiri və rənglənməsi, yan səki daşlarının və ağacların gövdəsinin ağardılması.

    1.3. Z. Hacıyev, Ü. Hacıbəyov, Həsrət və Yaşar Əliyev qardaşları, T. Arani küçələrində təmizlik işlərinin aparılması, səki daşlarının rənglənməsi, ağaclara aqrotexniki qulluq göstərilməsi.

    1.4. V. Xuluflu və Vaqif küçələrində fərdi yaşayış evlərinin fasadlarında rəngsazlıq və təmir işlərinin görülməsi, işıq dirəklərinin və səki daşlarının rənglənməsi.

    1.5. Ş. Hüseynov küçəsində, D. Qorqud və F. Əmirov küçələri arasında, H. Əliyev prospekti ilə V. Xuluflu küçəsinin kəsişməsində yerləşən istirahət bağlarında təmizlik işlərinin aparılması, ağacların və səki daşlarının əhəng məhlulu ilə ağardılması, oturacaq və zibil qutularının rənglənməsi, fəvvarələrə qulluq göstərilməsi.

  2. Kəpəz bələdiyyəsi ərazisində nümunəvi məhəllələrin yaradılmasına nail olmaq.

  3. "Saddıllı" yaşayış massivində çirkab su xəttinin çəkilib istismara verilməsi. Qəsəbənin küçələrinə çınqıl döşənməsi.

  4. "Avtozavod", "Sevinc", "Natəvan" qəsəbələrində sakinlərin su ilə təmin olunmasını yaxşılaşdırmaq üçün əlavə tədbirlər görmək.

  5. "Dəmiryol altı" yaşayış massivində çirkab su xəttinin normal işləməsi üçün müvafiq tədbirlər görmək.

  6. Bələdiyyə ərazisindəki yaşayış massivlərindən və küçələrdən məişət tullantılırının daşınmasına daim nəzarət etmək və bu işin daha da yaxşılaşdırılması üçün əlavə tədbirlər görmək (Bələdiyyə mülkiyyətində olan xidmət müəssisəsi yaratmaq, maşın və texnika almaq).

  7. Bələdiyyə ərazisində yerləşən məktəbəqədər müəssisələrinin yararsız su və çirkab su xətti sistemlərinin qaydaya salınması üçün tədbirlər görmək.

  8. Kəpəz bələdiyyəsi ərazisisindəki bütün su anbarının, birinici növbədə isə Vaqif küçəsindəki su anbarının sanitar texniki normalara cavab verə biləcək səviyyədə təmir edilməsi.

Menyuya qayıt

 

Müəllif hüquqları 2006-2009 © Gəncə şəhər Kəpəz bələdiyyəsi

Sayt Fərhad Hüseynovun Studiyasında hazırlanmışdır