|
 |
XALQ
CUMHURİYYƏTİNİN BİNASI
Bina 1897-ci ildə
tikilmişdir. Şəhər bələdiyyə idarəsinin binası olub. 1918-ci
ildən Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk aylar
burada fəaliyyət göstərib. Hazırda bina Azərbaycan Kənd
Təsərrüfatı Akademiyasının istifadəsindədir.
Ünvan: Atatürk
prospekti 262. |
|
|
 |
ŞƏRƏFXANLI MƏSCİDİ
Bina Şərəfxanlı
nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə
tikilmişdir.Bina kümbəzlidir.
Bu binadan hazırda
Nigah evi kimi istifadə edilir.
Ünvan:Hacı Əli
Hüseynzadə küçəsi. |
|
|
 |
ŞAHSEVƏNLƏR MƏSCİDİ
Məscid 1882-ci
ildə tikilmişdir. Binadan vaxtilə dövlət kitabxanası kimi
istifadə edilib. Hal-hazırda məscid kimi fəaliyyət
göstərir.
Ünvan: Şahsevənlər
küçəsi. |
|
|
 |
MÜRSƏL OCAĞI TÜRBƏSİ
Əttarlar
küçəsindəki köhnə qəbirstanlıqda tikilmişdir. Sovet dövründə
qəbirstanlığın ərazisində şəhər Mərkəzi bazarı salınmışdır.
Türbə indi həmin bazarın ərazisindədir. |
|
|
 |
XAN
BAĞI - SƏRDAR BAĞI
Rəsmi sənədlərdə
belə "Xan Bağı" adlandırılsa da, əslində "Sərdar
Bağı"dır. Sərdar Bağı 1847-ci ildə carın Qafqazdakı
canişini ("sərdarı") knyaz M. S. Voronsovun təşəbbüsü ilə
salındığı üçün bu adı almışdır. Gəncədə tarixən xanların
istirahət guşəsi kimi mövcud olmuş Xan Bağı rus işğalından
sonra ləğv edilmiş, oradakı ağacların bir qismi isə Sərdar
Bağına köçürülmüşdür. Bağ hal-hazırda gəncəlilərin əsas
istirahət guşələrindəndir. |
|
|
 |
ALMAN KİLSƏSİ
Kilsə XIX əsrdə
tikilmişdir. Tikintidə əsasən tuf daşından istifadə
edilmişdir. 1915-ci ildə almanlar Gəncə şəhərindən köçən zaman
bina Pravoslav kilsəsinin istifadəsinə verilmişdir. Binada
indi Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas
Abbaszadə küçəsi. |
|
| |
MİXAİLOV SƏNƏT MƏKTƏBİNİN BİNASI
XIX əsrə aid
tikilidir. Hazırda bu tikilidən İnzibati bina kimi istifadə
olunur.
Ünvan: Ozan küçəsi
6. |
|
|
 |
SİNEMA BİNASI
XIX əsrin II
yarısında tikilmişdir. Bina əvvəllər «modern sineması»
adlandırılmışdır.
Ünvan: Adil
İsgəndərov küçəsi 60. |
|
|
 |
«VƏTƏN» KİNOTEATRININ BİNASI
XIX əsrdə almanlar
tərəfindən tikilmişdir. Bina əvvəllər «Zaryadie» adı ilə
tanınmışdır.
Ünvan: Cavad xan
küçəsi ilə Əttarlar küçəsinin kəsişməsi. |
|
|
 |
COMƏRD QƏSSAB TÜRBƏSİ
VII-VIII
əsrlərdə tikilmiş Comərd Qəssab türbəsi Gəncə çayının
sağ sahilində, Qədim Gəncə hasarının I km.-də, indiki dəmir
yolunun cənubunda yerləşirdi. Türbə XX əsrin 70-ci
illərində dağıdılmış, 2004-cü ildə ilkin görkəminə tam uyğun
olaraq yenidən inşa edilmişdir. Türbə səkkiz guşəli
formadadır. Türbə bişmiş kərpic və gəcdən hazırlanmış məhlul
ilə tikilmişdir. |
|
|
 |
ALBAN MƏBƏDİ
VI-VII əsrlərdə
tikilmiş və XVII əsrdə bərpa olunmuşdur. Bina yeddi
sütunludur. Hazırda burada Gəncə Dövlət Kamera Orkestri
fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas
Abbaszadə küçəsi. |
|
|
 |
YUSİFBƏYLİLƏR MÜLKÜ
Əsas materialı
kərpicdən olan ev, 1877-ci ildə inşa edilmişdir. Evin
tikilməsində Şərq və Qərb memarlıq uslubuna üstünlük
verilmişdir. Ev hazırda əvvəlki görkəmini saxlayır.
Ünvan: Nəsib bəy
Yusifbəyli küçəsi 21. |
|
|
 |
DİVANXANA
Qəmbər və
Hüseynbəy qardaşları tərəfindən XIX əsrdə tikilmişdir. Hazırda
bu binada Gəncə Səhmdar Kommersiya Bankı yerləşir.
Ünvan: Atatürk
prospekti 260. |
|
|
 |
UĞURLU BƏY
KARVANSARASI
XVIII əsrdə
tikilmişdir.
Ünvan: Şeyx
Bahəddin küçəsi 59. |
|
|
 |
REALNIY MƏKTƏB
BİNASI
1883-cü ildə
tikilmişdir. Hazırda Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının tədris binası kimi istifadə olunur.
Ünvan: Adil
İsgəndərov küçəsi 64. |
|
|
 |
ZİYADXANOVLAR
MÜLKÜ
Bina XIX əsrdə
tikilmişdir. Hazırda burada Tarix-Diyarşünaslıq muzeyi
yerləşir.
Ünvan: Atatürk
prospekti 244. |
|
|
 |
AVROPA TİPLİ
HAMAM
XIX əsrdə almanlar
tərəfindən tikilmişdir. Hazırda hamam kimi istifadə
olunur.
Ünvan Adil
İsgəndərov küçəsi 91. |
|
|
 |
KİŞİ
GİMNAZİYASI
XIX əsrdə
tikilmişdir. Hazırda bina Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının istifadəsindədir.
Ünvan: Mirzə Abbas
Abbaszadə küçəsi 60. |
|
|
 |
QIZ
GİMNAZİYASI
XIX əsrə aid
tikilidir. Hazırda mülki idarədir.
Ünvan: Əziz Əliyev
küçəsi ilə Mirzə Abbas Abbaszadə küçəsinin
kəsişməsi. |
|
|
 |
BAĞBANLAR
MƏSCİDİ
(MİRZƏ KƏRİM
MƏSCİDİ)
Bina 1884-cü ildə
Mirzə Hüseyn və Mirzə Kərim tərəfindən məhəllə məscidi kimi
tikilmişdir. Bina kümbəzlidir. Bina hazırda Şəhər Mədəniyyət
İdarəsinin və Fatimeyi Zəhra qadınlar cəmiyyətinin
istifadəsindədir.
Ünvan: İ. Qayıbov
və Ozan küçəsinin kəsişməsi. |
|
|
 |
RUS PRAVOSLAV
KİLSƏSİ
Məbəd 1887-ci ildə
tikilmişdir. Bina hazırda kilsə kimi istifadə olunur.
Ünvan: Hacı Əli
Hüseynzadə küçəsi 2. |
|
|
 |
QALA DİVARI
Qala divarı XVI
əsrlərdə inşa olunub. Divarın ümumi uzunluğu 3,6 km.,
hündürlüyü 8,5-9,6 m olub. Qala XIX əsrin 80-ci illərinədək
mövcud olub. Qalanın indiyədək saxlanmış divarı Şərili bəy
bürcünün qalığıdır. Bu qalada hərbi qarnizon yerləşmişdir.
Qala Divarı Gəncə Regional Elm Mərkəzinin rəhbərliyinin
təşəbbüsü ilə təmir olunub.
Ünvan: Xan
bağı. |
|
|

 |
GƏNCƏ QALASI,
QALA DİVARLARI
VƏ GƏNCƏ
QAPILARI
Qalanın inşası
IX-X əsrlərə aiddir. Gəncə çayının sağ sahilində tikilmişdir.
Qala Qədim Gəncə xarabalıqlarının ərazisindədir. Məşhur
Gəncə qapıları Əl-Fəzrin oğlu Şəddadi Əbül Əsvar Şavirin
zamanında onun tapşırığı ilə dəmirçi Osman oğlu İbrahim
tərəfindən 1063-cü ildə hazırlanmışdır.
1139-cu ildə Gəncədə
zəlzələ baş verərkən Gürcü çarı Dmitri tərəfindən
qapılar aparılmışdır. Hazırda qapının bir tayı Kutaisidəki
Helat monastrında saxlanılır. |
|
|
 |
QAZAXLAR
MƏSCİDİ
1880-ci ildə
tikilmişdir. Bina kümbəzlidir. Hazırda fəaliyyət
göstərir.
Ünvan: Təbriz
küçəsi 145. |
|
|
 |
QIZIL HACILI
MƏSCİDİ
Məscid 1877-ci
ildə tikilmişdir. Bina kümbəzlidir. Hazırda uşaq stamatoloji
poliklinikası kimi istifadə olunur.
Ünvan: Təbriz
küçəsi 182. |
|
|
 |
İMAMZADƏ
TÜRBƏSİ
(GÖY
İMAM)
Türbə VIII əsrdə tikilmişdir. Həmin tarix türbədəki
bir kitabənin üzərində də yazılmışdır. 1878-ci ildə general
İsrafil bəy Yadigarzadə tərəfindən təmir və bərpa edilmişdir.
Hazırda dini mərasimlər keçirilməsi üçün istifadə olunur.
İmamzadə türbəsi həmçinin müsəlmanların mötəbər və müqəddəs
bir ziyarətgah yeri kimi məşhurdur. |
|
| |
HÜSEYNİYYƏ
(TATLAR) MƏSCİDİ
Bina
1825-ci ildə Bəhman Mirzənin qızı Səbiyyə xanımın
himayədarlığı ilə tikilmişdir. Yerli əhali vaxtı ilə İrandan
gələnləri tat adlandırdığı üçün camaat arasında bu bina Tatlar
məscidi kimi tanınmışdır. Hazırda bu binada Nizami-Puşkin
kitabxanası yerləşir.
Ünvan: Hüseyn Cavid küçəsi 1. |
|
|
 |
OZAN MƏSCİDİ
1786-cı ildə xalq
sənətkarları tərəfindən ozanlıların məhəllə məscidi kimi
tikilmişdir. Bina kümbəzlidir.
Ünvan: Ozan küçəsi
ilə Ruhulla Axundov küçəsinin kəsişməsi. |
|
|
 |
QIRIXLI
MƏSCİDİ
XVIII əsr abidəsidir. Məscid dövrün nüfuz sahibi
olan Hacı Qasım adlı xeyriyyəçinin vəsaiti hesabına tikilib
başa gəlmişdir. Vaxtilə «yaşıl aptek» kimi istifadə
edilmişdir. 2003-cü ildə təmir-bərpa işləri aparılmışdır.
Binadan hazırda məscid kimi istifadə olunur.
Ünvan: Gəncəvi küçəsi ilə Bağbanlar küçəsinin
kəsişməsi. |
|
|
 |
CAVAD XAN
DƏFTƏRXANASI
Bina
XVIII əsrdə tikilmişdir. Bir vaxt Gürcü şairi Nikolaz
Baratişvilinin ev muzeyi kimi də istifadə edilmişdir. Hazırda
Cavad xanın dəftərxana muzeyi kimi fəaliyyət göstərir.
Ünvan: Mirzə Abbas Abbaszadə küçəsi
68. |
|
|
 |
ŞAH ABBAS
MƏSCİDİ
1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin
layihəsi əsasında inşa edilmişdir. Bu məscid cumə məscidi kimi
tanınır. 1776-cı ildə binaya əlavə olaraq qoşa minarə
tikilmişdir. Hazırda məscid dini bir ibadədgah kimi fəaliyyət
göstərir.
Ünvan: Şah İsmayıl Xətai prospekti ilə Cavad xan
küçəsinin kəsişməsi. |
|
|
 |
MOLLACƏLİLLİ
MƏSCİDİ
XIX
əsrdə tikilmişdir. Binadan bir zamanlar Gənc Texniklər
Stansiyası kimi istifadə olunmuşdur.
Ünvan: İ. Məmmədov küçəsi 5. |
|
|
 |
SEYİD MİRZƏ
BAĞIR AĞA TÜRBƏSİ
XIX əsrdə
tikilmişdir. Qalıqları Səfərabad qəbirstanlığındadır.
Ünvan: Ağa Mirzə
Əhmədov küçəsi. |
|
|
 |
ÇÖKƏK
HAMAM
Şeyx Bahəddin
Məhəmməd Amilin layihəsi əsasında tikilmişdir. Bina
kümbəzlidir. Ölkə əhəmiyyətli tarixi abidədir. Hazırda binadan
Dekorativ Sənət Mərkəzi kimi istifadə olunur. Bina Azadlıq
meydanının yaxınlığında yerləşir. |
|
|
 |
NİZAMİ
MƏQBƏRƏSİ
İlk türbənin
tikintisi XIII-XIV əsrlərə aid edilir. Nizaminin türbəsi
vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Gorani
tərəfindən təmir etdirilmişdir. 1947-ci ildə şairin qəbri
üzərində yeni məqbərə ucaldılmışdır. Məqbərə 1990-1991-ci
illərdə yenidən qurulmuş, qədim arxitektura ənənələri
saxlanılmaqla müasirləşdirilmişdir. Hazırda məqbərənin mərkəzi
xiyabanının uzunluğu 125, eni 40 m-dir. Məqbərənin hündürlüyü
isə 20,9 m-dir. Məqbərənin ətrafındakı sahədə şairin
«Xəmsə»-sinin rəmzi kimi 5 iri fəvvarə tikilmişdir. Məqbərə
şəhərin girəcəyində yerləşir. |
|
| |
NİZAMİ
GƏNCƏVİNİN EV MUZEYİ
Ev muzeyi 1980-ci
ildə «Nizami» bədii filminin çəkilişi zamanı tikilmişdir.
Muzeyin tikilməsində məqsəd Azərbaycanın XII əsrə aid milli və məişət
ənənələrinin müasir dövrdə təcəssüm etdirilməsindən və
canlandırılmasından ibarət olmuşdur. |
|
|
 |
GƏNCƏÇAY
ÜZƏRİNDƏ QƏDİM KÖRPÜ
Körpünün tikintisi
XI-XII əsrlərə aiddir. Körpü üç tağlıdır. Körpü Azərbaycan
memarlığının monumental əsərlərindən
sayılır. |